Pul insan cəmiyyətinin yaranması ilə
bir vaxtda meydana gəlməyib. Milyon ildən artıq tarixi olan bəşər cəmiyyətində
pul təxminən 6-8 min ildir ki, fəaliyyətə başlayıb. Bunu da xatırlamaq lazımdır
ki, pulu da, məhsulların çevrilib əmtəə olmasını da heç kim ixtira etməyib.
İbtidai icma
quruluşunun son mərhələlərində, onun tədricən dağıldığı dövrdə ayrı-ayrı
icmalar, tayfalar arasında məhsulun məhsula dəyişdirilməsi, yəni mübadilə edilməsi
baş vermişdir. Bu o zaman mümkün olmuşdur ki, ayrı-ayrı icmalar öz tələbatından
artıq qalan qida məhsullarını başqa icmalarda olan digər məhsullarla dəyişdirmək
yolu ilə mübadiləyə daxil olmuşlar. Bu, icmalar, tayfalararasında təsadüfi
hallarda, bəsit formalarda mübadilə münasibətləri idi. Məsələn, bir icmada
hasil edilən ov əti o icma üzvlərinin tələbatında artıq qaldıqda, onlar bunu qəbilələrdə
artıq olan meyvə və s. ərzaq malları ilə mübadilə edə bilmişlər. Əlbəttə, eyni əmək
məhsulunu, məsələn, balığı-balığa dəyişdirmək mənasızdır. Mübadilə isə bir cür
faydalı məhsulu başqa bir faydalı əmək məhsuluna müəyyən miqdar nisbətində dəyişdirilməsi
deməkdir.
İlk pul maldarlıqla məşğul olan tayfalarda
meydana gəlmişdir. Məhz buna görə də hesab edirlər ki, latın sözü olan
"pekuniya"-pul "pekus"-mal-qara sözündən yaranmışdır. Bu zaman
pul kimi, əvvəlcə mis, tunc, qurğuşun və s. daha sonralar isə gümüş xüsusən də
qızıldan istifadə edilməyə başlanıldı.
Pul
vasitəsi kimi kauri balığqulaqları məhşur idi. Çində onlardan pul
vasitəsi kimi 3500 il bundan əvvəl istifadə edirdilər. Sonralar ilk Çin pulları
həmin balığqulağı formasında hazırlanırdı. Kauri balıqqulaqları IX-XVIII əsrlərdə
Hindistanda, XVII əsrdə Taylanda, XIX əsrdə isə Afrikada pul kimi istifadə
olunurdu. Asiyanın bəzi ölkələrində isə hətta XX əsrin əvvəllərinə kimi ondan
istifadə olunurdu.
Zaman keçdikcə pulun təkamülü nəticəsində
bunları sikkələr əvəz etməyə başlamışdır. Sikkənin meydana gəlməsi pulun
formalaşmasında həlledici mərhələ oldu.İlk sikkələr demək olar ki,e.ə.VII əsrdə
qədim Çində və qədim Lidiya dövlətində meydana gəlmişdir. Kiyev rusiyasında ilk
sikkənin buraxılması IX-X əsrlərə gedib çıxır.
Kağız pullar qızıl sikkənin əvəzedicisi
kimi ilk dəfə XII əsrdə Çində yaranıb. Çin höküməti ağır dəmir pullar
buraxdırdı. XI əsrdən hökümət tacirlərə qəbz verməyi qadağan etdi və özü sikkələri
əvəz edən qəbzlər hazırladı.

Kağız pullar– tədavüldə olan qızıl
sikkənin əvəzedicisi kimi meydana gəlmişdir. İlk dəfə kağız pullar Çində XII
əsrdə, Rusiyada isə 1769-cu ildə meydana gəlmişdir. Qızıl sikkə ilə
müqayisədə bu kimi əmtəə istehsalçılarına müəyyən üstünlüklər (məsələn, saxlamaq
asandır, xırda partiyalı hesablaşmalarda əlverişlidir) yaratmışdır. Kağız
pullar buraxılması hüququnu dövlət öz üzərinə götürür. Buraxılmış pulun nominal
dəyəri ilə onların buraxılş dəyəri arasındakı fərq (kağıza çap edilməsinə çəkilən
xərclər) xəzinənin emissiya gəlirini təşkil edir. İlk mərhələdə kağız pullar
qızıl pullarla yanaşı buraxılırdı və onlar tədavülə yeritmək üçün qızl sikkələrə
dəyişdirilidi.
Azərbaycanda rəsmi pul vahidi manatdır. Hazırda
dünyanın bir çox ölkələrində işlədilən “moneta” milli pul vahidinin adı
o dillərə Şərqdən keçmişdir. Bu
ad e.ə. Bisitun qayalarında mixi yazılarında “manat”, “monnat” kimi həkk olunmuşdur.