вторник, 16 февраля 2016 г.

Qonşu ölkələrlə pul məzənnəsi



Valyuta məzənnəsi- hər hansı xarici valyutanın milli valyutada ifadə olunan dəyəridir.Məsələn, 1 USD = 0.8  AZN. ( Valyuta məzənnəsinə təsir  göstərən amillərdir.)
   















  Milli valyutanın məzənnəsinə təsir edən ən mühüm amil daxili valyuta bazarında tələb və təklifin nisbətidir.
  
   Son aylar valyuta məzənnələri getdikcə aşağı düşərək ilin əvvəlindəki  səviyyəyə qayıdır:

  • Rusiya rublu  - 9,4% ucuzlaşıb.
  • Qazaxıstan tengesi – 26,3% ucuzlaşıb
  • Türk lirəsi – 16,6% ucuzlaşıb
  • Gürcü larisi -7,5% ucuzlaşıb










    
      Avronun  Azərbaycan manatına nisbətdə məzənnəsi:


  





Fevral ayının məzənnəsi:







   Manatın məzənnəsi və inflyasiyası:











понедельник, 15 февраля 2016 г.

Puldan istifadə

  


      İnsanlar onları alanda sevinirlər,onlarla istədiyi hər hansı əşyanı ala bilirlər.












     Mənə və ailəmizin üzvlərinə geyim lazımdır,harasa getmək üçün nəqliyyatdan istifadə edirik,dəftər,qələm,məktəbli çantası,məktəbli forması və.s,yaşamağımız üçün qida məhsulları lazımdır.Bunlar olmadan ailəmiz sağlam və rahat yaşaya bilməz.Bütün bunlar üçün valideynlərimiz pul xərcləyir.   İnsanlar qidaya,geyimə,mənzillərində istifadı etdikləri işığa,suya,qaza və digər ehtiyaclarına görə pul xərcləyirlər.



       

Pulların üzərində əks olunmuş elementlər










 İlk Azərbaycan manatı 15 avqust 1992-ci ildə dövriyyəyə buraxılmışdır.Manatın ilk eskizlərinin müəllifi Eldar Mikayılzadədir.

                         
                               






   Əsginaz 120x70 mm ölçüdə olan xüsusi kağızda çap olunmuşdur. Əsginazın üz tərəfində Azərbaycanın milli musiqi alətlərinin – tar, kamança və dəfin qrafik təsvirləri verilmişdir. Arxa fonda qədim Azərbaycan xalçasının naxışları vardır. Əsginazın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri və Azərbaycanın milli ornamentləri verilmişdir.

           
                    
                         





Yazı və ədəbiyyat mövzusuna həsr olunmuşdur.
Əsginaz 127x70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur. Əsginazın üz tərəfində ədəbi simalar, qədim kitablar, dövlət himnindən parça çap olunmuşdur. Əsginazın arxa tərəfində Azərbaycanın Avropaya inteqra-
siyasının xəritələrlə təsviri verilmiş, Azərbaycanın inkişaf tarixi Qobustan qaya heroqlifləriOrxon–Yenisey abidələri əlifbası, müasir Azərbaycan yazısı çap edilmişdir.


                       






Tarix mövzusuna həsr olunmuşdur.Əsginaz 134x70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur. Əsginazın üz tərəfində 
Qədim Bakı,Şirvanşahlar  sarayıQız qalası köhnə Qala divarlarının fonunda verilmiş-
dir. Əsginazın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri,
Azərbaycan xalçasının tipik naxışları çap edilmişdir.



                                                           


 
Qarabağ mövzusuna həsr olunmuşdur.Əsginaz 134x70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur. Əsginazın üz tərəfində qüdrət nişanəsi - qılınc, dəbilqə, qalxan və Sülh rəmzi "Xarı bülbül" təsvir olunmuşdur. Əsginazın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Azərbaycanın milli naxışları çap edilmişdir.



                                        




Təhsil və gələcək mövzusuna həsr olunmuşdur.Əsginaz 148x70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur. Əsginazın üz tərəfində gələcəyin timsalı, yüksəliş əlaməti  pillələr, güc və işıq nişanəsi – günəş, elm rəmzi – kimyəvi və riyazi simvollar təsvir olunmuşdur. Əsginazın arxa tərəfinində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Qədim Azərbaycan xalçalarının ornamentləri çap olunmuşdur.

                    
                       
                       

 İqtisadiyyat və inkişaf mövzusuna həsr olunmuşdur.Əsginaz 155x70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur. Əsginazın üz tərəfində inkişafın qədimdən bu günə memarlıq rəmzləri, Azərbaycan manatının və iqtisadi artımın simvolları təsvir olunmuşdur. Əsginazın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri,ənənəvi Azərbaycan xalçasının səciyyəvi naxışları çap edilmişdir.



İ

суббота, 13 февраля 2016 г.

Pulun yaranması

                 










    Pul insan cəmiyyətinin yaranması ilə bir vaxtda meydana gəlməyib. Milyon ildən artıq tarixi olan bəşər cəmiyyətində pul təxminən 6-8 min ildir ki, fəaliyyətə başlayıb. Bunu da xatırlamaq lazımdır ki, pulu da, məhsulların çevrilib əmtəə olmasını da heç kim ixtira etməyib.
    İbtidai icma quruluşunun son mərhələlərində, onun tədricən dağıldığı dövrdə ayrı-ayrı icmalar, tayfalar arasında məhsulun məhsula dəyişdirilməsi, yəni mübadilə edilməsi baş vermişdir. Bu o zaman mümkün olmuşdur ki, ayrı-ayrı icmalar öz tələbatından artıq qalan qida məhsullarını başqa icmalarda olan digər məhsullarla dəyişdirmək yolu ilə mübadiləyə daxil olmuşlar. Bu, icmalar, tayfalararasında təsadüfi hallarda, bəsit formalarda mübadilə münasibətləri idi. Məsələn, bir icmada hasil edilən ov əti o icma üzvlərinin tələbatında artıq qaldıqda, onlar bunu qəbilələrdə artıq olan meyvə və s. ərzaq malları ilə mübadilə edə bilmişlər. Əlbəttə, eyni əmək məhsulunu, məsələn, balığı-balığa dəyişdirmək mənasızdır. Mübadilə isə bir cür faydalı məhsulu başqa bir faydalı əmək məhsuluna müəyyən miqdar nisbətində dəyişdirilməsi deməkdir.
    İlk pul maldarlıqla məşğul olan tayfalarda meydana gəlmişdir. Məhz buna görə də hesab edirlər ki, latın sözü olan "pekuniya"-pul "pekus"-mal-qara sözündən yaranmışdır. Bu zaman pul kimi, əvvəlcə mis, tunc, qurğuşun və s. daha sonralar isə gümüş xüsusən də qızıldan istifadə edilməyə başlanıldı.
   Pul vasitəsi kimi kauri balığqulaqları məhşur idi. Çində onlardan pul vasitəsi kimi 3500 il bundan əvvəl istifadə edirdilər. Sonralar ilk Çin pulları həmin balığqulağı formasında hazırlanırdı. Kauri balıqqulaqları IX-XVIII əsrlərdə Hindistanda, XVII əsrdə Taylanda, XIX əsrdə isə Afrikada pul kimi istifadə olunurdu. Asiyanın bəzi ölkələrində isə hətta XX əsrin əvvəllərinə kimi ondan   istifadə olunurdu.
   Zaman keçdikcə pulun təkamülü nəticəsində bunları sikkələr əvəz etməyə başlamışdır. Sikkənin meydana gəlməsi pulun formalaşmasında həlledici mərhələ oldu.İlk sikkələr demək olar ki,e.ə.VII əsrdə qədim Çində və qədim Lidiya dövlətində meydana gəlmişdir. Kiyev rusiyasında ilk sikkənin buraxılması IX-X əsrlərə gedib çıxır.
    Kağız pullar qızıl sikkənin əvəzedicisi kimi ilk dəfə XII əsrdə  Çində yaranıb. Çin höküməti ağır dəmir pullar buraxdırdı. XI əsrdən hökümət tacirlərə qəbz verməyi qadağan etdi və özü sikkələri əvəz edən qəbzlər hazırladı.

     Kağız pullar– tədavüldə olan qızıl sikkənin əvəzedicisi kimi meydana gəlmişdir. İlk dəfə kağız pullar Çində XII  əsrdə, Rusiyada isə 1769-cu ildə meydana gəlmişdir. Qızıl sikkə ilə müqayisədə bu kimi əmtəə istehsalçılarına müəyyən üstünlüklər (məsələn, saxlamaq asandır, xırda partiyalı hesablaşmalarda əlverişlidir) yaratmışdır. Kağız pullar buraxılması hüququnu dövlət öz üzərinə götürür. Buraxılmış pulun nominal dəyəri ilə onların buraxılş dəyəri arasındakı fərq (kağıza çap edilməsinə çəkilən xərclər) xəzinənin emissiya gəlirini təşkil edir. İlk mərhələdə kağız pullar qızıl pullarla yanaşı buraxılırdı və onlar tədavülə yeritmək üçün qızl sikkələrə dəyişdirilidi.
       
  
      Azərbaycanda rəsmi pul vahidi manatdır. Hazırda dünyanın bir çox ölkələrində işlədilən “moneta” milli pul vahidinin  adı o dillərə Şərqdən keçmişdir. Bu ad e.ə. Bisitun qayalarında mixi  yazılarında “manat”, “monnat” kimi həkk olunmuşdur.